Dəri tipinizə ən uyğun tonal krem seçimini necə etməli (yağlı/quru/normal/qarışıq dəri)

Tonal krem seçimi gözəl makiyaj üçün olduqca vacibdir. Seçim zamanı dəri tipinizi nəzərə almağınız daha yaxşı nəticə əldə etməyinizə səbəb olacağından bunu mümkün qədər gözardı etməməyə çalışın. Dəri tipi dedikdə üz dərinizin yağlı, quru, normal və ya karma (qarışıq) dəri olması başa düşülür. Bu, tonal krem seçərkən diqqət etməli olduğunuz əhəmiyyətli məqamlardan biridir. Yanlış tonal krem seçimi üzdə qeyri-təbii görüntü yaratmaqla yanaşı, üz dərinizin sağlamlığına da mənfi təsir göstərə bilər. Buna görə də seçim edərkən yaxşı olar ki, öz dəri tipinizə uyğun gələn tonal kremlərə üstünlük verəsiniz.

Karma (qarışıq) dərilər:

Əgər üz dəriniz qarışıq dəri tipinə aiddirsə, yaxşı olar ki, yağsız nəmləndiricilərə üstünlük verəsiniz. Bunun üçün məxsusi olaraq karma dərilər üçün nəzərdə tutulmuş tonal kremlər var. Hansı ki, bu tonal kremlərin tərkibində yağsız nəmləndiricilər olduğu üçün həm üz dərinizin quru bölgələrini nəmləndirərək quruluq və qabıqlanmadan qoruyacaq, həm də yağlı bölgələrin daha da yağlanmasına səbəb olmayacaq.

masl01_foundation_settling

Yağlı dərilər:

Bu dəri tipinə sahib olan xanımlar mütləq yağlı dərilər üçün nəzərdə tutulmuş tonal kremlərə üstünlük verməlidirlər. Çünki yağlı dərilər sızanaqlara, qara nöqtələrə qarşı olduqca həssasdırlar. Belə dərilərdə tonal kremin dəri məsamələrini tutması qısa müddətdə üzdə çoxlu sayda sızanaq və əsasən də qara nöqtələrin yaranmasına səbəb olur. Yağlı dərilər üçün nəzərdə tutulmuş bəzi tonal kremlərin tərkibində olan müəyyən maddələr isə sızanaq və civzələrlə mübarizə apardığından bu cür problemlərin də qarşısı alınmış olur. Həmçinin, bir çox xanımlar dərilərinin yağlı olması səbəbindən tonal kremin üzlərində qalıcı olmamasından və ya üzlərində yağlı görüntü yaratmasından şikayətlənir. Əgər siz də bu cür problemlərlə qarşılaşırsınızsa, o zaman yağlı dərilər üçün nəzərdə tutulmuş “matlaşdırıcı” tonal kremlərdən istifadə etməklə bu problemin də öhdəsindən asanlıqla gələ bilərsiniz. Pudralı tonal kremlər də seçimləriniz arasında ola bilər.

Quru dərilər:

Quru dərili xanımlarda yağlı dərilərdən fərqli olaraq dəridəki məsamələr kiçik olur. Bu səbəbdən də quru dərilərdə sızanaq və qara nöqtələrə çox az rast gəlinir. Belə sızanaqsız dərilərdə örtücülük çox da gərəkli olmadığından yaxşı olar ki, BB kremlərə və ya vitamin tərkibli nəmləndirici tonal kremlərə üstünlük verəsiniz. Belə kremlər həm üzünüzün bütün hissələrinin tonunu bərabərləşdirəcək, həm də nəmləndirərək quruluğun qarşısını ala biləcək. Sözsüz ki, quru dərilər üçün xüsusi nəzərdə tutulmuş tonal kremlərdən də rahatlıqla istifadə edə bilərsiniz. Ancaq yağlı dərilər üçün nəzərdə tutulmuş quruducu xüsusiyyətə malik kremlərdən uzaq olmağa çalışın. Maye halında tonal kremlərdən istifadə etməyiniz məqsədə uyğundur.

Normal dəri:

Normal dərini ideal dəri tipi hesab etmək olar. Belə dəri üçün tonal krem seçimi olduqca genişdir. Belə dərilərdə də problemlərə çox az rast gəlindiyi üçün maye halında tonal kremlərlə yanaşı, krem qatılığındakı tonal kremlərdən də istifadə etmək olar. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər də dərinizin sağlamlığını qorumaq üçün faydalı ola bilər. Həmçinin BB kremlərdən də istifadə edə bilərsiniz.

MAC FACE & BODY FOUNDATION – haqqında rəylərim

M.A.C -ın Face and Body tonal kremi ilə ilk tanışlığım keçən il mart ayında bacımın İstanbuldan dönərkən mənə hədiyyə gətirməsi ilə başladı. Həmin vaxt Bakıda MAC hələ olmadığına görə deyə bilərəm ki, bu mənim üçün möhtəşəm bir hədiyyə oldu. Uzun müddətdir ki, MAC-ın tonal kremləri ilə maraqlansam da orijinallığına əmin olmadığım üçün onlayn sifariş etməkdən çəkinirdim.

Beləcə mənim də göydə axtararkən yerdə əlimə keçən məşhur tonal kremi nəhayət sınamaq imkanım oldu. Kremin qablaşdırılmasının üzərində istifadə müddəti açıldıqdan sonra 24 ay müdətindədir. Artıq 20 ayı geridə qoymuşam və
bu müddət ərzində məhsulla bağlı təəssüratlarımı bu yazımda sizinlə bölüşəcəyəm.

Bu tonal kremi digərlərindən fərqləndirən ən önəmli xüsusiyyət kremin olduqca duru olmasıdır. Digər maye tonal kremlərlə qarşılaşdırıldıqda nəzərə çarpan dərəcədə duru olduğunu deyə bilərəm. Bunun üçün də son dərəcə yüngüldür. Kremin örtücü xüsusiyyəti problemli dərilər üçün qətiyyən yetərli deyil. Təbii ki, bu dərəcədə duru bir tonal kremdən yüksək örtücülük gözləmək düzgün olmazdı. Krem üzündə qüsurlar, ləkə və sızanaqları olmayan və ya az olan xanımların rahatlıqla istifadə edə biləcəyi xüsusiyyətlərə malikdir. Əgər sizin üzünüzdə örtmək istədiyiniz problemli bölgələr yoxdursa, tonal krem istifadə etməyi sevmirsinizsə, yay aylarında tonal krem vurmağı xoşlamırsınızsa, istifadə edərkən yüngül və az örtücülüyü olan tonal kremlərə üstünlük verirsinizsə, bu tonal krem sizin üçün əla seçim olacaq.

Az qala süd qədər duru olması üzdə yüngüllük, sərinlik və təravət hissi yaradır. Demək olar ki, istifadə etdikdən sonra üzünüzdə tonal kremin ağırlığını hiss etməyəcəksiniz. Həmçinin kənardan da tonal krem istifadə etdiyiniz hiss olunmayacaq. “No make-up” makiyajlar üçün idealdır. Örtücülüyünün zəif olmasına baxmayaraq üzdəki ton fərqliliklərini aradan qaldırmağı bacarır. Üzdə tonal krem olduğunun bilinməməsilə yanaşı burun və dodaqətrafı bölgələrdə olan qaraltı və qırmızılıqlar tamamilə üz tonu ilə bərabər rəngə çevrilir. Təbii görünən tonal krem çoxlarının arzusudur. Əgər bu kremin örtücü olmasını istəyirsinizsə, nazik qatlar şəklində üzünüzə bir neçə qat tətbiq edə bilərsiniz. Bu zaman da təbii görünüşü saxladığını deyə bilərəm. Ancaq bu kremi əllə və beauty blenderlə tətbiq etməyi yox, tonal krem üçün nəzərdə tutulmuş xüsusi fırçalarla tətbiq etməyi məsləhət görürəm. Belə istifadə ilə daha gözəl nəticə almaq olur.


Bu krem haqqında daha bir qeyd etmək istədiyim məqam da MAC FACE & BODY FOUNDATION – haqqında rəylərim oxumağa davam et

Dərinizin yaşına uyğun tonal krem seçimi (gənc/yaşlı dəri)

Tonal krem seçimində diqqət edilməli məqamlardan biri də dərinizin yaşına uyğun tonal krem seçimi etməkdir. Bildiyiniz kimi insanın yaşı artdıqca üz dərisi də get-gedə yaşlanmağa başlayır. İllər keçdikcə dəri kənardan daha çox nəmləndirilməyə ehtiyac duyur. Buna görə də yaşlı dərilər gənc dərilərdən fərqli olaraq mütləq nəmləndirici formula malik tonal kremlərlə tonlaşdırılmalıdır. Bu cür tonal kremlər dərini nəmləndirməklə yanaşı yağlılığı səbəbindən yaşlı dərilərdə təravətli və təbii görüntü yaradır. Quruducu tonal kremlər isə üzdəki qırışıqlıqları daha nəzərəçarpan etdiyi üçün dərinin daha da yaşlı görünməsinə səbəb ola bilər. Nəmləndirici xüsusiyyətə malik tonal kremlər isə üz dərisində bərabər yayıldığı halda dərinin daha gənc görünməsinə səbəb olacaq.

Woman having make-up done

Xoşbəxtlikdən bir çox kosmetika brendləri artıq uzun müddətdir ki, nəmləndirici, günəşdən qoruyucu və “yaşlanmaya qarşı” nəzərdə tutulmuş tonal kremlər istehsal edir. Dərinizi yaşlanmadan qorumaq üçün zənn etdiyiniz kimi heç də orta yaşlara çatanadək gözləmək lazım deyil. Yaşlanmış dərini sonradan gəncləşdirmək demək olar ki, qeyri-mümkündür. Dərinizin gənc qalmasını istəyirsinizsə yaxşı olar ki, onun sağlamlığının qayğısına qalmağa gənc yaşlarınızdan başlayasınız. Bunun üçün tonal krem seçiminin də önəmli olduğunu unutmayın.

Yay aylarında seçiminizi günəşdən qoruyucu,qış aylarında nəmləndirici tonal kremlərdən yana edə bilərsiniz. Günəşdən qoruyucu tonal kremlərin üz dərinizi günəş yanıqlarından qoruduğu kimi yaşlanmadan da qoruyacağını nəzərə alın.

Nəmləndirici tonal kremlərin seçimi zamanı isə tərkibində CE vitaminləri olan tonal kremləri seçə bilərsiniz. Bu cür nəmləndirici tonal kremlər dərinin elastikliyini artırır və bu səbəbdən də qırışların yaranmasını nisbətən gecikdirir. Orta yaş və üzərində olan xanımlar isə köpük teksturalı tonal kremlərdən istifadə etməklə qüsursuz görünüş əldə edə bilər.

BB krem nədir?

Çox qısa müddətdə məşhurlaşan BB kremlər asanlıqla bir çox xanımların sevimlisi olmağı bacardı. Beləcə BB kremlərə olan tələbatın yüksək olduğunu görən bir çox kosmetika firmaları da öz BB kremlərini istehsal etməyə başladılar. Artıq əksər kosmetika mağazalarında,hətta böyük marketlərdə belə müxtəlif markaların BB kremlərini asanlıqla uyğun qiymətlərlə əldə etmək mümkündür. Bəs BB krem nədir?

Gəlin BB kremlərlə yaxından tanış olaq. Açılışı “Blemish Balm” və ya “Beauty Balm” olan BB kremlərin əsas vəzifəsi üzü qüsursuz göstərməklə yanaşı eyni anda dərini ətraf mühitin zərərli təsirlərindən qorumaqdan ibarətdir. Yaşlanmaya qarşı mübarizə aparması və günəşdən qoruma xüsusiyyətinə malik olması ilə demək olar ki, bu kremlər əksər xanımların və make-up artistlərin sevimlisidir.

BB kremlər necə istifadə olunur?

BB kremlər zərərsiz olduğu üçün gündəlik olaraq istifadəyə uyğundur. Əgər üzünüzdə çoxlu sayda örtmək istədiyiniz sızanaq və ləkələriniz yoxdursa BB kremləri tonal krem əvəzi də rahatlıqla istifadə edə bilərsiniz. Üzünüzdə olduğu müddətdə dərinizi nəmləndirəcəyindən dərinizin sağlamlığı baxımından tonal kremlərdən dəfələrlə faydalı olduğunu demək mümkündür.

Bununla yanaşı istifadə edəcəyiniz tonal kremin örtücülüyünü və davamlılığını artırmaq və zərərlərini azaltmaq üçün BB kremləri üz bazası əvəzi istifadə etmək də olar. Yəni BB kremi üzünüzə tətbiq etdikdən sonra üzərindən tonal kreminizi də istifadə edə bilərsiniz. Ancaq yaxşı olar ki, istifadə zamanı kremi göz çevrənizə çəkməyəsiniz.

BB kreminizi həm nəmləndirici, həm günəş kremi, həm də tonal krem əvəzi istifadə edə bilərsiniz. Çünki bu kremlər bu 3 cəhəti də özündə birləşdirir. Ancaq təbii ki, yüksək örtücü tonal kremin verdiyi nəticələri BB kremlərdən gözləmək lazım deyil.
image

BB kremlərdən kimlər razı qalacaq:

– Əgər tonal kremin zərərli təsirlərindən uzaq olmaq istəyirsinizsə və bu səbəbdən tonal krem istifadə etməkdən çəkinirsinizsə.

– Üz dərinizdə qüsurlar yoxdursa və ya azdırsa. Adətən az örtücülüklü tonal kremlər istifa

– Nəmləndirici krem istifadə etməyi sevirsinizsə və dərinizi nəmləndirmək sizin üçün önəmlidirsə

– Tonal krem istifadə etməyi sevmirsiniz ancaq üzünüzün qüsursuz görünməsini istəyirsinizsə.

– Üz dərinizin tonal krem istifadə etməmiş kimi təbii ancaq bərabər tonda görünməsini istəyirsinizsə

o zaman BB kremlər sizin də sevimli kremləriniz arasında olacaq.

Sonda BB kremin nə olduğunu daha dəqiq ifadə etməyim lazım gələrsə bunu iki üsulla blogumun oxucularına daha aydın izah etmək istəyirəm. Təsəvvür edin ki, üzünüzü günəşin zərərli təsirlərindən və yaşlanmadan qoruyan bir nəmləndirici krem var. Üstəlik tonal krem kimi rəngli olduğu üçün onu da qismən əvəz edə bilir. Məhz bu BB kremdir. Və ya təsəvvür edin elə bir tonal krem var ki, üzünüzün tonunu bərabərləşdirməklə yanaşı həm dərinizi nəmləndirir,həm yaşlanmadan həm də günəşin zərərli təsirlərindən qoruyur, ancaq örtücülüyü azdır.

BB krem haqqında bu qədər. Növbəti günlərdə çoxlarınızın haqqında eşitdiyi CC kremlərdən də yazacağam. CC kremlərin nə olduğunu bilmək istəyirsinizsə tez-tez bloga baş çəkməyi unutmayın. Hələlik 🙂

Dəri rənginizə ən uyğun tonal krem seçimini necə etməli?

Tonal krem seçimi zamanı diqqət etməli olduğunuz ən önəmli məqam dəri tonunuza uyğun gələn tonal kremi seçməkdir. Ancaq bu göründüyü qədər asan bir iş deyil. Tonal kremləri gözəyarı rəngini bəyənərək seçdikcə nəticə heç də ürəkaçan olmur. Kremi üz dərinizə vurduqdan sonra onun rəngi üz dərinizin rəngi ilə qarışaraq müxtəlif tonlar yaradır. Belə ki, hər hansı bir tonal kremi ağ kağız üzərinə töksək o müəyyən bir rəngdə görünəcək. Ancaq təbii ki, həmin tonal kremi müxtəlif tonlu üz dərilərində tətbiq etdikdə ağ kağız üzərində göründüyü rəngdə görünmür. Hətta müxtəlif tonlu üz dərilərində müxtəlif rəng çalarları əmələ gətirir. Buna görə də tonal kremin rəngini seçərkən olduqca diqqətli olmaq,ən əsası isə öz dəri tonunuzu dəqiq bilmək lazımdır.

Dəri tonlarımızı müəyyən etmək isə zənn edildiyindən daha çətindir. Yəqin elə buna görədir ki, xanımlar tonal krem seçimi edərkən çox tez-tez səhvə yol verirlər. Nəticədə üzdə maska kimi nəzərə çarpan və ya xoşagəlməz rənglər yaranır. Onda keçək məsələnin çətin tərəfinə. Yəni tonların müəyyən olunmasına. Mən bunu mümkün qədər ən asan üsulla izah etməyə çalışacağam.

Hər bir insanın dərisinin rəngialt tonu var. Ancaq alt ton ağbəniz və ya qarabuğdayı olmaqla qarışdırılmamalıdır. Aşağıda mən alt tonun nə olduğunu izah edəcəyəm. Ancaq əvvəlcə təsəvvür edin ki, ilk olaraq alt tonunuza uyğun gəlməyən kremləri seçim siyahınızdan çıxarırsınız və daha sonda yerdə qalan kremlər arasından öz rənginizə uyğun olanı seçirsiniz. Rəng dedikdə isə məhz elə ağbəniz,qarabuğdayı,əsmər və s. olmaq nəzərdə tutulur. Tonal krem seçimi zamanı bizim öz dərimizdə ilk müəyyən etməli olduğumuz da elə alt tondur. Alt ton doğru müəyyən olunmadıqda düzgün tonal seçimi çətinləşir. Düzgün seçilməyən tonal krem tonları üzdə boz,qırmızı,narıncı və ya göy rəng çalarları yaradır. Bu isə olduqca pis görünür. 

Alt ton: isti tonlar,soyuq tonlar və neytral olmaqla 3 qrupa ayrılır. Alt tonunuzu bilməyin ən asan yolu biləklərinizdə görünən damarların rənginə baxmaqdır. Əgər damarlarınız göy rəngdə görünürsə siz soyuq alt tonlusunuz,əgər yaşıl rəngə bənzəyirsə onda deməli dəriniz isti alt tonludur.Başqa bir üsul isə sizə ən çox hansı rənglərin yaraşdığını müəyyən etməkdir. Bir çox xanımlar artıq hansı rənglərin ona daha çox yaraşdığını bilir. Əgər siz sarı,narıncı rənglərin dərinizə yaraşdığını düşünür və bijüteriyalar arasında qızılı rənglərə üstünlük verirsinizsə isti alt tonlu, əksinə mavi,bənövşəyi rəngləri sevib bijüteriyalarda da gümüşü rənglərin sizə yaraşdığını düşünürsünüzsə deməli soyuq alt tonlusunuz. Əgər bütün rənglər sizin dəri tonunuza yaraşır və necə deyərlər “rənginizi açırsa” deməli neytral alt tonuna sahibsiniz. Bəs bunu bildikdən sonra tonal krem seçimini necə edəcəyik?

Bəzi kosmetika markaları alt tonları bildirmək üçün müəyyən işarələmələrdən istifadə edir. Bunları bilmək tonal krem seçimi zamanı sizin işinizi xeyli asanlaşdıra bilər.

İşarələmə belədir:

C – soyuq / W – isti / N – isə normal alt tonları bildirir.

Bu isə Soyuq alt tonlardaçəhrayı, İsti alt tonlarda – sarı, Neytral alt tonlarda isə neytral bazanın istifadə olunduğunu bildirir.

1012-liquid-makeupAsan dillə desək yəqin ki, bir çoxlarınız tonal kremlərin bəzilərinin azacıq sarımtıl/narıncı,bəzilərinin çəhrayıya çalan alt tonlarını gözlə azca hiss etmisiniz. Tonal krem seçimi zamanı vacib olan əsas məqam da elə buna diqqət etməkdir. Yuxarıda qeyd etdiyim işarələmə də elə bunu göstərir.

Belə qəbul edək ki, artıq öz alt tonunuzu bilirsiniz və alt tonunuza uyğun tonal kremləri seçmisiniz. Gəldik seçimin ikinci və ən asan mərhələsinə. Dəri alt tonumuzu müəyyənləşdirdikdən sonra sıra gözlə görə biləcəyiniz dəri rənglərindədir. Tünd və ya daha açıq tonal krem? Ağbənizsiniz ya əsmər?

Təbii ki indi son olaraq öz alt tonunuza uyğun olan rənglər arasından nə tünd nə açıq,məhz öz rənginizə ən yaxın olan tonal kremi seçməlisiniz. Tonal krem seçiminin ən önəmli hissəsindən biri də alarkən kremi necə yoxlamaqdan ibarətdir. Yəqin ki, bir çoxlarınız “tonal krem seçimi edərkən kremi əl biləyinin iç hissəsinə vurub yoxlamaq və həmin tona uyğun gələn tonal kremi seçmək lazımdır” deyimini müxtəlif yerlərdən eşidib. Təəssüflər olsun ki, bu yanlış inanc çox geniş yayılıb və hələ də bu üsuldan istifadə edilir. İlk öncə nəzərə almaq lazımdır ki, üz dərisi əl biləyinin iç hissəsindən daha çox günəşə məruz qalır. Buna görə də əksər hallarda üz dərisinin rəngi biləkdən bir və ya bir neçə ton tünd olur. Deməli bu zaman əl biləyinə uyğunlaşdırılaraq seçilmiş tonal krem rəngi üz üçün çox açıq olacaq. Buna görə də tonal krem almağa getdiyiniz gün çalışın ki, üz dərinizdə tonal krem olmasın və kremi biləyinizdə yox məhz elə üzünüzdə yoxlayıb tonunun sizə uyğun olub olmadığını dəqiqləşdirəsiniz.

Tonal krem istifadəsi zamanı ən çox rast gəlinən yanlışlar

Tonal krem makiyajın təməlidir. Doğru tonal kremdən istifadə etməklə üzdəki ton fərqliliklərini,qüsurları örtməkdən tutmuş ləkələri,qızartı və sızanaqları gizlətməyə qədər bir çox şeyə nail olmaq olar. Bəs tonal kremi doğru seçmədikdə necə? Bu dəfə elə bundan danışacağam.

Yanlış tonal krem istifadəsi xanımlar arasında tez-tez rast gəlinən makiyaj xətalarının başında gəlir. Nəticədə üzdə qeyri-təbii,xoşagəlməz görüntülər yaranır. Tonal krem istifadəsi zamanı ən çox edilən səhvlərə gəlin birlikdə nəzər salaq:

1.Yanlış tonal krem seçimi

Yanlış tonal krem istifadəsinin başında yanlış tonal krem seçimi gəlir. Dəri tonuna uyğun olmayan rəngdə seçilmiş tonal kremlərdən istifadə zamanı tonal krem üzdə maska kimi görünür. Bu isə təbiilikdən uzaq bir görüntüyə gətirib çıxarır. Bu cür mənzərə ilə qarşılaşmamaq üçün öz ideal tonal kreminizi bir an öncə müəyyən etməyə çalışın. Əgər bunu necə edəcəyinizi bilmirsinizsə yenə də narahat olmağa ehtiyac yoxdur. Çünki blogumun oxucuları üçün növbəti yazılarımda mütləq bu barədə ətraflı və dəqiq şəkildə yazacağam.

2.Gərəyindən artıq tonal krem istifadəsi

Tonal kremin üzünüzdə nəzərəçarpan olmaması və şit görünməməsi üçün həddindən artıq tonal krem istifadəsindən və üst-üstə bir neçə qat tonal krem çəkməkdən bir an öncə əl çəkməli olacaqsınız. Problemli dərilər də daxil olmaqla heç bir dəri tipində çox miqdarda tonal krem istifadə etməyə heç də ehtiyac yoxdur. Əgər üzünüzdə çoxlu sayda sızanaq və ləkə yoxdursa, sadəcə üz tonunuzu bərabərləşdirmək məqsədilə azacıq tonal kremdən istifadə etməyiniz yetərli olacaq.

foundation-makeup-too-thick

3.Qeyri-bərabər yayılmış tonal krem

Tonal kremin üz dərisindən seçilməməsi üçün onu üzdə tam bərabər yaymaq vacibdir. Qeyri-bərabər paylanmış tonal kremlər təbii ki üzdə bəzi hissələrin daha tünd bəzi hissələrin isə nisbətən daha açıq rəngdə görünməsinə səbəb olur. Tonal kremi bərabər şəkildə üzdə rahat yaymaq üçün artıq müxtəlif forma və ölçülərdə süngərlər və fırçalar var. Düzgün vasitə seçimi ilə tonal kremi üzdə təbii görünəcək şəkildə yaymaq artıq çətin deyil.

4.Quruyub çatlamış dəriyə tonal krem vurmaq

Çatlamış və qabıqlı üz dərisinə tonal krem vurmaq demək olar ki, dəhşətlidir. Elə tonal krem yoxdur ki dəridəki çatlara və qabıqlı hissələrə yığılıb xoşagəlməz görüntü yaratmasın. Bunun üçün üzünüzü vaxtı vaxtında nəmləndirməyi və ölü dəridən yaxşıca təmizləməyi unutmayın. Əgər yenə də üzünüzdə nəzərə çarpan dərəcədə quru və çatlamış dəri varsa onda həmin gün üzünüzə tonal krem vurmamağa çalışın.

5.Üz tonunun digər bədən üzvlərinin rəngindən kəskin seçilməsi

Son olaraq qeyd edəcəyim bu tonal krem səhvi ən kobud makiyaj səhvlərindən biri hesab olunur. Makiyaj zamanı üzü tonal kremlə tonlaşdırarkən kremi üzə yaydığınız makiyaj fırçasını,süngəri və ya tonal kremi tətbiq etdiyiniz vasitə hansıdırsa fərq etməz, yüngülcə qulaq və boyun nahiyələrinə doğru da hərəkət etdirməyi unutmayın. Əks halda makiyaj etdiyiniz zaman siz hiss etməsəniz də işıqda üz tonunuzla qulaq və boyun tonunuz kəskin fərqlənəcək. Xüsusən də saçlarınızı yığdığınız günlərdə üzlə birlikdə qulaqları da azacıq tonlaşdırmağı unutmayın.

Təbii görünən makiyaj üçün hər qadının bilməli olduğu 6 incəlik

Gözəl görünmək hər bir qadının arzusudur.Olduğundan daha gözəl görünməyin yolu isə təbii ki, düzgün makiyajdan keçir.Düzgün makiyajda əsas məqsəd isə qədərində və yerində istifadə edilmiş məhsullarla hər qadının özünəməxsus gözəl üz cizgilərini ön plana çıxararaq vurğulamaq və qüsurları gizlətməkdən ibarət olmalıdır.Təbii görünməyən və gərəyindən artıq nəzərə çarpan makiyaj həm şit və süni görünür həm də istənilən gənc qadını olduğundan bir neçə yaş daha yaşlı göstərir.Xüsusilə də gündəlik makiyajın mümkün qədər təbii olması mütləqdir.

Mənim də həm gündəlik həm də gecə makiyajlarımda çalışdığım ən önəmli məqam elə budur: “Təbii görünən makiyaj”. Təbii görünən makiyaj üçün isə daim diqqət etdiyim bir neçə xüsusi incəlik var.Bu incəliklərə təkcə öz etdiyim makiyajlarda yox hətta qeyri-ixtiyari olaraq rastlaşdığım bütün qadınların üzündə diqqət edirəm.Bu gün də blogumun oxucuları ilə məhz elə bu önəmli incəlikləri bölüşəcəyəm.

1.Düzgün üz makiyajı.

Təbii makiyajın ilk və ən önəmli şərti təbii üz makiyajıdır.Üz dəriniz nə qədər təravətli və təbii görünərsə makiyajınız da bir o qədər gözəl və təbii olacaq deməkdir.Üzünüzdə boya kimi qalmış və nəzərəçarpan tonal krem varsa göz və dodaq makiyajınızın nə qədər təbii görünməsinin də artıq heç bir anlamı yoxdur.Yəqin ki, həddindən artıq nəzərəçarpan üz makiyajına bizdə hər kəsin “шпатлевка” dediyini siz də mənim qədər yaxşı bilirsiniz.Təbii ki, bu sözün ona ünvanlanmasını heç bir qadın istəməz. 🙂

Ümumiyyətlə üz makiyajı üzdəki qüsurları,sızanaqlar və müxtəlif ləkələri,ton fərqliliklərini gizlədərək dərini qüsursuz və təravətli göstərməli, ancaq eyni zamanda da maksimum dərəcədə az və təbii görünməlidir.Bunun üçün üz dərinizin tonuna və tipinə ən uyğun tonal krem və konsiler istifadə etməyə və onları üzünüzdə bərabər yaymağa mütləq diqqət edin.Gərəyindən artıq miqdarda tonal krem istifadə etməyin.

Düzgün tonal krem seçimi və istifadə qaydası barəsində də önümüzdəki günlərdə ayrı bir blog yazımda ətraflı yazmağı düşünürəm.

4604425326

 

2.Təbii dodaqlar.

Təbii makiyaj üçün əsas şərtlərdən bir digəri də təbii dodaqlardır.Bir çox qadın dodaqlarını olduğundan daha həcmli göstərmək üçün dodaq boyasını həddindən artıq dodaqlarından kənara çıxarır.Bu isə makiyajın təbiiliyini tamamilə pozur.Həmçinin qeyd etmək lazımdır ki, belə dodaqlar həqiqətən də çox pis görünür.Hətta bəzən bunu o dərəcədə şişirdilmiş şəkildə edirlər ki, olduqca gülməli bir görüntü yaranır.Bu mənim makiyaj zamanı ən sevmədiyim və özümün də əsla etmədiyim makiyaj xətalarının başında gəlir.

3.Səliqəyə salınmış qaşlar.

Xarici ölkələrdə qadınlar uzun illərdir ki, makiyaj zamanı qaşlarını səliqəyə salmaq üçün qaş karandaşları,tenlər və qaş tuşlarından istifadə edirlər.Son vaxtlar qaşları doldurmaq bizim xanımlar arasında da inanılmaz məşhurlaşsa da bəzi xanımlar tərəfindən çox yanlış tətbiq edildiyinin tez-tez şahidi oluram.Qaşların bu cür kosmetik vasitələrlə səliqəyə salınmasında əsas məqsəd boşluqların doldurulması olmalıdır.Qaş karandaşınızın yalnız qaşın işərisindəki boşluqları doldurmasına,qaşlarınızın tüklər olan üst və alt sərhəddindən yuxarı və aşağı keçməməsinə mütləq diqqət edin.

4.Təbii kirpiklər.

Təbii görünən kirpiklərin ilk düşməni köhnəlmiş tuşlardır.İstifadə etməyə başladıqdan bir müddət sonra tuşlarınızın qurumağa başladığını hiss edirsinizsə bir an əvvəl onu yenisi ilə əvəzləyin.Köhnəlmiş və qurumağa başlamış tuşların ilk xüsusiyyəti çəkilən zaman kirpiklərin üzərində qırıntılar buraxması və günün irəliləyən saatlarında ovularaq göz altlarına tökülməsidir.Bu cür tuşlar kirpiklərə çox qatı bir görüntü verməsi və kirpikləri bir-birinə yapışdırmasına görə təbiilikdən uzaq bir görüntü yaradır.Həmçinin üst-üstə 3-4 qat tuş çəkmək də kirpiklərinizin təbii görünməsinə imkan vermir.Kirpiklər taxta kimi sərt olur və olduqca süni görünür.Mən kirpiklərimə həmişə yalnız bir qat tuş istifadə edirəm.Əgər siz bir dəfədən artıq istifadə etməkdə qərarlısınızsa məsləhətim odur ki, daha təbii görüntü üçün maksimum 2 dəfə ilə kifayətlənəsiniz.

5.Doğru göz makiyajı.

Təbii görünən göz makiyajı üçün təkcə qara qələmlə kifayətlənməyinizə ehtiyac yoxdur.Düzgün seçilmiş ten rəngləri ilə təbii göz makiyajı etmək mümkündür.Əvvəlcə öz göz quruluşunuza yaraşan göz makiyajını müəyyən edin.Təbii görüntü yaratmaq üçün yaşıl,mavi,bənövşəyi kimi nəzərəçarpan rənglərdən daha çox qəhvəyi-krem rəng aralığından istifadə etmək daha asan olacaqdır.Göz makiyajı edərkən layner və göz qələminizi səliqəli çəkməyə və tenləri kistlərlə düzgün yaymağa diqqət edin.Əgər gündüz makiyajı edəcəksinizsə təbii görüntü əldə etmək üçün ağır göz makiyajı etməkdən çəkinin.

6.Düzgün ənlik.

Ənlik seçərkən sizin dəri tonunuza yaraşdığından əmin olun.Çünki qablaşdırılmasındakı rəngi nə qədər gözəl olursa olsun sizin tonunuza uyğun gəlməyən ənliklər üzünüzdə xoşagəlməz görünəcək.Əgər rəng seçimi etməkdə həmişə çətinlik çəkirsinizsə onda köməklik üçün deyə bilərəm ki, açıq çəhrayı və yüngül şaftalı tonları demək olar ki, əksər xanımlara yaraşır.

Ənlik istifadə edərkən gözlərinizin alt hissəsinə ənlik vurmamağa diqqət edin.Bu çox gülməli görünəcək.Lap rus nağıllarındakı qırmızıyanaq qızlara bənzəyəcəksiniz.Çalışın ki, ənliyi almacıq sümüklərinizin üstünə azacıq miqdarda vurasınız.Nəzərə alın ki, yanlış istifadə olunmuş ənlik bütün makiyajınızın təbii görünüşünü itirməsinə səbəb olacaq.