Əks cinsin nümayəndələri üçün əsas etiket qaydaları hansılardır?

Kişilər üçün olan bəzi davranış qaydalarını xanımların da bilməsi vacibdir. Öz addımlarınızı bu qaydalara uyğun tənzimləyə bilərsiniz.

 

Salamlaşma/ Söhbət/ Tanışlıq:

  1. Bir qadınla gedən zaman yolda başqa bir xanım və ya kişi ilə qarşılaşan kişi qadını tək qoyaraq başqası ilə uzun müddət danışmamalıdır.
  2. Kişi başqası ilə danışarkən xanıma arxasını çevirməməlidir.
  3. Salamlaşarkən gənc kişinin gənc qadına əl uzatması doğru deyil.
  4. Evli kişinin sosial statusu qızdan üstün qəbul edildiyi üçün evli bir kişinin gənc bir qıza ilk olaraq əl uzatması mümkündür.
  5. Kişi bir qadını, vəzifəli birini və yaşlıları oturaraq deyil, ayağa qalxaraq salamlamalıdır.
  6. İnsanların çox olduğu yerlərdə səslənərək və ya əl yelləyərək salamlaşmaq xoş hərəkət deyil. Xüsusən də qadınlara qarşı edildikdə.
  7. Küçədə tanış qadınla rastlaşan kişi ilk qadının salam verməsini gözləməlidir.
  8. Bir qadınla gedərkən kişi məcbur qalmadıqca tanışları ilə dayanıb danışmamalıdır.
  9. Yolda qarşılaşdığınız qadın durub danışmaq istədiyini hiss etdirmədiyi təqdirdə duraraq onunla danışmaq olmaz.
  10. Söhbət edərkən kişi qadına həddən artıq yaxın durmamalıdır.
  11. Bir qadına süni gül hədiyyə edilməməlidir.
  12. Etik qaydalara görə kişi xanımla görüşə gecikməməlidir.

Yemək zamanı/ Restoranda/ Masada:

  1. Restorana girən zaman kişi qapını açmalı, öndən məkana daxil olmalıdır. Qadın kişinin ardınca getməlidir.
  2. Qadın razı olduğu halda restoranda kişi qadının paltosunu çıxartmasına və geyinməsinə kömək etməlidir.
  3. Qadınlar restoranda paltosunu qarderoba asmaq məcburiyyətində deyil. Kişilər isə papaq və paltolarını asılqandan assa, daha yaxşı olar. Süfrəyə papaqla oturmaq olmaz.
  4. Əgər restoranda sizi masaya aparan yönləndirici varsa, o öndə, qadın ortada, kişi isə arxada hərəkət etməlidir. Əgər yoxdursa kişi öndə, qadın arxada hərəkət etməlidir.
  5. Restorana cütlük olaraq getdikdə üzbəüz oturmaq lazımdır.
  6. Çox insanların olduğu görüşlərdə isə cütlüklər yanyana oturmalıdır. Kişi solda, qadın isə sağda əyləşməlidir.
  7. Əgər ofisiant yoxdursa, kişi qadının stulunu çəkərək oturmasına kömək etməlidir.
  8. Restoranda əyləşən zaman sifarişi kişilər verməlidir. Sifariş xaricində də ofisiantla ünsiyyətdə olan tərəf, adətən, kişi olmalıdır.
  9. Öz stəkanını doldurmazdan qabaq qarşıdakına təklif etmək lazımdır. Təklif etmədən tək öz stəkanını doldurmaq olmaz.
  10. Restoranda əyləşən zaman əgər onu ayaqda salamlayan bir xanım olarsa ayağa qalxmalıdır. Oturaraq və ya yemək yeyərək söhbətə davam etmək olmaz. Qadın isə yeməkdə olduğunu nəzərə alaraq söhbəti uzatmamalıdır.

Yolda gedərkən:

  1. Yolla gedərkən, adətən, kişilər sol tərəfdə dayanmalıdır. Yolu keçən zaman və ya hər hansı təhlükəli şəraitdə kişi əks tərəfə keçə bilər. Qaldırımda kişi yol tərəfdə hərəkət etməlidir. Bu dəyişiklikləri kişi özü nəzərə almalıdır.
  2. Forma geyinmiş kişi sol tərəfdə hərəkət etməlidir.
  3. Küçədə gedən zaman kişi xanıma yük daşıtmamalıdır. Şəxsi çanta istisnadır.
  4. Təhlükəli, buzlu, sürüşkən yerlərdə, basabasda və yolu keçən zaman kişi qadına qolunu verməlidir.
  5. Birlikdə yağışlı havada gedən zaman çətiri kişi tutmalıdır.
  6. Kişi qadını küçədə tək gözlətməməlidir.
  7. Kişi bir neçə qadınla hərəkət edən zaman ən solda hərəkət etməlidir.

Məkana daxil olarkən/ Çıxarkən:

  1. Bir yerə daxil olarkən qapını kişi açmalı və qadına yol verməlidir. Ancaq naməlum və təhlükəli bir yerə daxil olan zaman kişi öndən məkana daxil olmalıdır.
  2. Kişilər maşındakı yerini qadından sonra seçməlidir.
  3. Kinoya 2 qız 2 oğlan gedən zaman kişilər kənarlarda, qadınlar isə ortada yanaşı oturmalıdır.
  4. Kişi qadın məkana daxil olduqda ayağa qalxmalı və oturanadək ayaqda gözləməlidir. İnsanların çox olduğu yerlərdə isə buna ehtiyac yoxdur.
  5. Pilləkənlərdən çıxarkən və düşərkən kişi öndə olmalıdır. Bu həm də hansısa məkandan çıxarkən kişinin öndən düşüb qapını açması ilə də yadda saxlana bilər.

Zərif cinsin nümayəndələri üçün etiket qaydaları

Bir şərh yazın